Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kənan Yusif-zadə: "Hərbi hissələrdə tibb məntəqələrinin mənsubları vaksinasiya olunublar"

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qaydalara əsasən, ilk növbədə tibb heyəti vaksinasiya olunur. Çünki onlar risk qrupuna daxildirlər. Hərbi hissələrdə olan tibb məntəqələrinin mənsubları - orada çalışan həkimlər, orta kiçik tibbi heyəti vaksinasiya olunublar".

Press.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, polkovnik Kənan Yusif-zadə deyib.

"İkinci mərhələyə uyğun olaraq, 65 yaş və ondan yuxarı şəxslər peyvənd olunur. Amma bizdə bu kateqoriyaya aid həqiqi hərbi xidmətdə demək olar ki, heç kim yoxdur. Çünki olanlar da təqaüddədirlər. Amma tərəfimizdən yenə də öz təqaüdçülərimz və onların ailə üzvləri vaksinasiya olunub. İndi isə 50 yaş və daha yuxarı şəxslərin peyvəndlənməsinə başlanılıb. Bundan sonra da təlimata uyğun olaraq, 50 yaşdan aşağı şəxslərin vaksinasiyasına başlanılacaq. Əlbəttə ki, bunların sayı çoxdur", - o bildirib.

Oxşar xəbərlər
OTACI