Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən açıqlama

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələki bir məlumat verilməyib.

Press.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalıdır, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:

"Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür. Hətta martın axırı, aprelin əvvəlinə qədər razılıq verilsə, Həcc ziyarəti baş tuta bilər, lakin aprelin axırı gəlsə, vaxt baxımından zyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq".

Oxşar xəbərlər
OTACI