Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xınalıq yolunda qar uçqunu - hərəkət dayandı

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə nəticəsində adıçəkilən yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Giləzi-Xızı avtomobil yolunda isə gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hal-hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yola duz-qum qarışığı səpilir.

Yolda nəqliyyatın hərəkəti təmin olunub.

Oxşar xəbərlər
OTACI