Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Press.az-a verilən məlumata görə, bBu gün saat 10:20-yə olan məlumata əsasən 17849 bakalavr (Azərbaycan bölməsi - 16291; rus bölməsi - 1558) ərizəsini təsdiq edib.

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.

Oxşar xəbərlər
OTACI