Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yuventus" Zidanla əlaqə saxlayır

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yuventus" "Real"ın baş məşqçisi Zinəddin Zidanla əlaqə saxlayır.

Press.az "Ok Diario"ya istinadən xəbər verir ki, Turin təmsilçisi fransalı mütəxəssis "Real"dan ayrılacağı təqdirdə, onun karyerasını davam etdirməsi üçün "Yuventus"un ən yaxşı seçim olacağını düşünür.

Bildirilib ki, daha əvvəl A seriyası təmsilçisinin prezidenti Andrea Anyelli və  vitse-prezident Pavel Nedved mütəmadi olaraq fransızla ünsiyyət qurublar.

Zidanın Madrid klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq, lakin komanda heç bir titul qazanmasa, o, bu mövsümün sonunda komandanı tərk edə bilər.

48 yaşlı çalışdırıcının İtaliyaya qayıtmaq üçün mümkün qərarında, "Yuventus"dakı keçmişi böyük rol oynaya bilər. Məşqçi gec-tez bu kluba rəhbərlik edəcəyinə əmindir.

Bundan əlavə, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo yenidən Zidanla işləmək istəyir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI