Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha iki məktəbin istilik sistemlərində problem yarandı - Təhsil Nazirliyindən AÇIQLAMA

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtın daha iki ümumitəhsil müəssisəsində istilik sistemlərində problem yaşanıb. 

Bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən məlumatda qeyd olunub.

Valideynlərin sözlərinə görə, Bakıda 271 nömrəli orta məktəbdə və Nərimanov rayonu 200 saylı məktəb lisey kompleksində də istilik sistemləri işləmir. Sinif otaqları soyuq olduğundan şagirdlər dərslərdə iştirak edərkən çətinlik çəkirlər. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 271 nömrəli tam orta məktəbin ibtidai korpusunda istilik xətlərində problem yaranıb:

“Yaranmış problem nəticəsində su sızması qeydə alınıb. Bu səbəbdən istilik təminatı zəif olub. Hazırda məktəbdə təmir işləri aparılır və qısa müddətdə problemin aradan qaldırılması nəzərdə tutulur. 

Eyni zamanda Nərimanov rayonu 200 saylı məktəb lisey kompleksinin istilik təminatının vəziyyəti araşdırılıb. Məlum olub ki, istilik sistemində heç bir problem yoxdur. Məktəb istiliklə normal qaydada təmin olunur”.

Məlumatda təhsil müəssisələrinin istilik sistemlərində qarşıya çıxan cari problemlərin aradan qaldırılmasının daim diqqət mərkəzində saxlanıldığı da qeyd olunub:

“Mövsüm ərzində yaranan hər hansı problem operativ həll olunur”.

Oxşar xəbərlər
OTACI