Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“8 noyabr” stansiyasında sınaq işləri aparılır - RƏSMİ

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Metronun Bənovşəyi xətti üzrə inşa edilən sayca üçüncü - “8 noyabr” stansiyasında son tamamlanma işləri davam etdirilir.

Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda yeni stansiyada infrastruktur qurulur:

“Bu istiqamətdə işlər sürətləndirilib. İnfrastruktur dedikdə, yəni idarəetmə, hərəkətin təşkili, mühəndis - texniki qurğuların quraşdırılması, sazlanması və onların sınaq işlərinin aparılması da daxildir. Metropoliten mürəkkəb, çoxşaxəli infrastruktura malik nəqliyyat vasitəsi olduğundan burada bir çox aparıcı sistemlərin, mexanizmlərin zəncirvari əlaqəsi də olmalıdır. Bu istiqamətdə də quraşdırma, sazlama və sınaq işləri davam etdirilir”.

Oxşar xəbərlər
OTACI