Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ali Məhkəmə "Lider" TV-nin şikayətini təmin etmədi

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ali Məhkəmədə "Lider TV və Radio-Azərbaycan" MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

Press.az Trend-ə istinadən bildirir ki, hakim Kəmalə Abıyevanın sədrlik etdiyi iclasda şikayət araşdırılıb və məhkəmə qərarı elan edilib.

Məhkəmə şikayəti təmin etməyib. Məhkəmənin qərarı ilə "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin iddiasına əsasən, "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.

Qətnamədən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

Oxşar xəbərlər
OTACI