Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qızılağac Milli Parkında qanunsuz balıq ovuna qarşı reyd keçirilib - FOTO

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkar edilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Su Nəqliyyatında Polis İdarəsi, Lənkəran Xətt Polis Şöbəsi əməkdaşları tərəfindən Xəzər dənizinin Lənkəran akvatoriyasında qanunvericiliklə dövriyyəsi qadağan olunan alətlərdən istifadə etməklə balıq ovu edilməsi barədə daxil olmuş məlumat əsasında belə əməlləri törədən şəxslərin aşkarlanması istiqamətində Qızılağac Milli Parkında reyd keçirilib.

Balıq ovu ilə məşğul olanların onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğunun yoxlanılması, partlayıcı vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması məqsədilə Lənkəran rayonu ərazisində tədbirlər davam etdirilir.

Oxşar xəbərlər
OTACI