Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fiziki məhdudiyyətləri olan şəxslər evdə peyvənd edilir - TƏBİB

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında əhalinin vaksinasiyası prosesi TƏBİB tərəfindən həyata keçirilir.

TƏBİB-dən Press.az-a verilən məlumata görə, "2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevraın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün vaksinasiya həyata keçirilir.

Vaksinasiya prosesi çərçivəsində respublikamızın bölgələrində “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.

Oxşar xəbərlər
OTACI