Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçiriləcək

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fevralın 25-də Energetika Nazirliyi tərəfindən “facebook” sosial şəbəkəsi vasitəsilə “Bərpa olunan enerji və yaşıl texnologiyalar” mövzusunda vebinar keçiriləcək.

Nazirlikdən Press.az-a verilən məlumata görə, vebinarda günəş, külək, kiçik hidro, biokütlə, geotermal, dalğaların enerjisi kimi bərpa olunan enerji növləri və texnologiyaları, onlardan istifadə sahələri, əsas üstünlükləri, ətraf mühitə və ekologiyaya təsirləri haqqında ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.

Vebinarda iştirak etmək istəyənlər aşağıda göstərilmiş “facebook” səhifəsinə abonə ola və 25 fevral tarixində saat 18:00-da həmin səhifədən vebinara qoşula bilərlər:

https://bit.ly/37Aegt9

Oxşar xəbərlər
OTACI