Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ərazilərə qar yağıb- FAKTİKİ HAVA

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Press.az-a verilən məlumata görə, saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində bəzi yerlərə yağış, Qrız, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb.

Düşən yağışın miqdarı Mingəçevirdə 9, Biləsuvarda 6, İmişlidə 5, Lənkəranda 4, Ceyrançöl, Göyçayda 3, Şəmkir, Tovuz, Şəki, Mərəzə, Tərtər, Zərdab, Kürdəmir, Yardımlı, Lerik, Şahdağ, Astarada 2, Ağdərə (Ordubad), Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağdam, Balakən, Zaqatala, Quba, Kişçay (Şəki), Neftçala, Cəfərxan, Sabirabad, Beyləqan, Bərdədə 1mm, Bakı, Binə, Sumqayıtda 1mm-dək olub.

Şimal-qərb küləyinin sürəti Xınalıqda 28, Tərtərdə 23, Naftalan, Neftçalada 20, Salyanda 18, Qrızda 16, Abşeron yarımadası və Bakıda 17, Pirallahı, Çilov adası, Neft Daşlarında 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Oxşar xəbərlər
OTACI