Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Əli və Nino" kitab mağazasından oğurluq edən şəxslər saxlanıldı

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub.

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə "Əli və Nino" kitab mağazalar şəbəkəsinin Zeynalabdin Tağıyev küçəsi 19 ünvanında (Fəvvarələr meydanı) yerləşən filialında baş verib.

Oxşar xəbərlər
OTACI