logo
First slide

Daha bir qaziyə şöbə müdiri vəzifəsi verildi

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qobustan Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

Bununla bağlı icra başçısı Adil Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Dəmirov Rövşən İlham oğlu RİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Dəmirov Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və Prezidentin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Report

Oxşar xəbərlər
OTACI
OTACI