Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lukaşenko Belarus xalqını düyməli telefonlardan istifadə etməyə çağırdı - SƏBƏB

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Belarus prezidenti Aleksandr Lukaşenko əhalini ABŞ-ın nəzarətindən yayınmaq üçün düyməli telefonlardan istifadə etməyə çağırıb. O, bildirib ki, "ağıllı insanlar" çoxdandır ki, düyməli telefonlardan istifadə edir.

Press.az ted.az-a istinadən bildirir ki, ölkə rəhbəri bu barədə Ümumrusiya Xalq Məclisində deyib.

"On ikinci smartfon və iPhone-dan danışmıram, Allah xatirinə, axtarın. Amerikalıların sizi hər dəqiqə olduğunuz yerdə izləməsini istəyirsiniz? Siz bu iPhone-larda nə axtarırsınız?"

Prezident qeyd edib ki, "ağıllı insanlar" çoxdan bəri düyməli telefon alırlar.

Qeyd edək ki, daha əvvəl Aleksandr Lukaşenko bu cihazları təhlükəli hesab etdiyi üçün cib telefonu istifadə etmədiyini etiraf edib.

Oxşar xəbərlər
OTACI