Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qusarda avtoqəza 850 abonenti qazsız qoyub - FOTO

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fevralın 16-sı axşam saatlarında Qusar rayonunun N.Həbibov, Tolstoy və daha bir neçə küçəsini, eləcə də Mərkəzi Xəstəxananı təbii qazla təmin edən, diametri 159 mm olan qaz xəttinin üzərinə minik avtomobili aşıb. Nəticədə 850 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Press.az APA-ya xəbər verir ki, bu barədə "Azəriqaz" İB-in mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər bildirib.

Onun sözlərinə görə, hadisə yerində araşdırma aparılır və müvafiq prosedurlar icra olunur. Fevralın 17-də səhər saatlarında qaz təchizatı bərpa olunacaq.

Oxşar xəbərlər
OTACI