logo
First slide

PSJ-dən "Barselona"ya 4 qol, "Liverpul"dan qələbə - Yenilənib

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Press.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Böyük maraqla gözlənilən görüş İspaniyada olub. Burada "Barselona" son mövsümün finalçısı PSJ-ni qəbul edib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Eyni saatda başlayacaq digər qarşılaşmada “Leypsiq” "Liverpul"u qəbul edib. Koronavirus pandemiyası üzündən Almaniyaya gedə bilməyən Yurgen Kloppun komandası rəqibi ilə Macarıstanın paytaxtı Budapeştdə qarşılaşıb. Bu oyunda da qonaqlar qələbə qazanıb - 2:0.

UEFA Çempionlar Liqası

1/8 finalın ilk oyunları

16 fevral

00:00. “Barselona” (İspaniya) - PSJ (Fransa) - 1:4

Qollar: Messi, 26-pen. (1:0), Mbappe, 32 (1:1), 65 (1:2), Moyze Kin, 70 (1:3), Mbappe, 85 (1:4)

00:00. “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) - 0:2

Qollar: Salah, 53, Mane, 58

Oxşar xəbərlər
OTACI
OTACI