Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan: "Unutmayaq, vətəni öncə dil, sonra ordu qoruyar, türkcəmizə sahib çıxmalıyıq"

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Türk dili kimliyimizdir, anlayışımızdır, əsrlər boyu mədəniyyətimizin daşıyıcısıdır. Unutmayaq vətəni öncə dil, sonra ordu qoruyar. Ona görə türkcəmizə sahib çıxmalıyıq".

Press.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin Türkiyədə "Yunus Əmrə və Türkcə ili" olaraq qeyd edilməsilə  əlaqədar keçirilən silsilə tədbirlərin açılış mərasimində danışarkən bunu bildirib.

Dünyada 250 milyondan çox insanın türkdilli olduğunu və ən çox danışılan dillər arasında türk dilinin 5-ci yer tutduğunu deyən Prezident bildirib ki, hazırda dünyanın 35 ölkəsində ya ana dili, ya ikinci dil, ya da əcnəbi dil olaraq türkcə ilə anlaşmaq mümkündür: "Vətənləri, bayraqları, dövlətləri ayrı olan yüz milyonlarca insanı eyni qəlbdə birləşdirən türkcədir. Türk elm adamı Əli Fuad Başgil deyib ki, türkcəmiz hər kəlməsində əsl bir millətin ən az min illik tarixinin məna və xatirələrini özündə daşıyan milli ruhumuzdur. Dilini itirən bir millət hafizəsini, mənliyini, inamını itirər. Ana dili ilə bağlarını itirən cəmiyyətlərin zamanla kütləviləşib kölələşməsi qaçılmazdır. Çox təəssüf ki, bu gün akademiklərimiz, media nümayəndələrimiz də daxil, bəzi təhsilli insanlarımız  əcnəbi dillərə daha çox önəm verir, türkcəmizə lazım olan qayğını göstərmir.

Sosial media dili xüsusilə gənclərimiz arasında ünsiyyət vasitəsinə çevrilib. Küçə lövhələrində əcnəbi sözlər işlətmə xəstəliyi, danışıqlarda anlamsız qısaltmalar, qüsurla işlədilən yad kəlmələr dilimizin gələcəyini təhlükədə qoyub. Ona görə də türkcəmizi qorumadan nə milli kimliyimizə sahib çıxa, nə türk dünyası ilə əlaqələr qura, nə də dünyadakı hədəflərimizə çata bilərik. Biz türkcəmizi qorumalı, zənginləşdirməliyik".

Ərdoğan bildirib ki, 2021-ci ildə Türkiyənin 18 nazirlik və aidiyyəti qurumları ilə birlikdə 224 adda "Yunus əmrə və Türkcə" adlı tədbirlər keçiriləcək.

"Yunus Əmrə "dil hikmətin yoludur" deyir.  Biz bu il "dünya dili türkcə" adlı bir səfərbərlik elan edirik", - deyə Türkiyə Prezidenti qeyd edib.

Oxşar xəbərlər
OTACI