Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Press.az Trend-ə istinadən bildirir ki, belə ki, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Fizuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.

Oxşar xəbərlər
OTACI