Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" - "Neftçi" oyununda baş verənlərlə bağlı - Qərarlar

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Press.az xəbər verir ki, iclasdan sonra Premyer Liqanın 15-ci turunda oynanılan "Qarabağ" - "Neftçi" matçında (1:2) baş verənlərlə bağlı qərarlar açıqlanıb.

Matçın 73-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Klub isə 3200 manat cərimə edilib.

Qarşılaşmanın 22-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Buludov Ömər “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb. Paytaxt klubu buna görə 1600 manat cərimələnib.

"Neftçi"nin digər üzvü Mamadou Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun, kluba isə 200 manat cəza kəsilib. İkinci sarı vərəqəni alaraq meydandan qovulan "Neftçi"nin futbolçusu Vojislav Stankovic də bir oyunluq cəza ilə üzləşib. Klubu 200 manat cərimə olunub.

"Neftçi"nin 3 futbolçusu qırmızı vərəqə aldığı üçün kluba 4800 manat cərimə də tətbiq edilib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI