Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa Komissiyasına “TikTok”dan şikayət edilib

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa İstehlakçılar Birlikləri Bürosu (BEUC) “TikTok” qısa videolar servisindən Avropa Komissiyasına şikayət edib.

Press.az report-a istinadən xəbər verir ki, BEUC-nin saytında yerləşdirilən açıqlamada həmin servisin istehlakçı hüquqlarını pozduğu bildirilir.

Belə ki, “TikTok”un təhlükəli məzmunlarından yetkinlik yaşına çatmayan istifadəçilərin müdafiə olunmadığı bildirilir: ”TikTok” uşaq və yeniyetmələri platformunda mövcud olan gizli təhlükələrdən, reklamdan, zərər kəsb edə biləcək məzmunlardan qorumaq iqtidarında deyil. BEUC və üzvləri Aİ-də istehlakçı hüquqlarına əməl olunmasını təmin etmək üçün “TikTok”un siyasətini və addımlarını hərtərəfli araşdırmağın tərəfdarıdır”.

Bununla yanaşı, “TikTok”un istifadəçilər tərəfindən paylaşılan videolara dair müəllif hüquqları ilə bağlı siyasətinin də haqsız olduğu irəli sürülüb: “Müəllif hüququ da istifadəçilər tərəfindən paylaşılan videoları ödənişsiz istifadə etmək, yaymaq, surətini çıxarmaq üçün “TikTok”a geri dönüşü olmayan ixtiyar verdiyi üçün eynilə haqsızdır”.

Oxşar xəbərlər
OTACI