Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlkay bu qarşılaşmanı buraxacaq

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan İngiltərə Premyer Liqasının 16-cı turundan təxirə salınmış "Everton"la oyunu buraxacaq.

Press.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola matç öncəsi keçirilən mətbuat konfransında bildirib. O deyib ki, türkəsilli alman yarımmüdafiəçi zədələndiyi üçün sözügedən görüşdə meydanda olmayacaq: "İlkay  özünü yaxşı hiss edir, amma sabah oynaya bilməyəcək. Natan Ake xaricində, digər bütün oyunçular yaxşıdır".

Qeyd edək ki, Gündoğan ölkə çempionatının 24-cü turunda "Tottenhem"lə qarşılaşmada zədələnib.

Əlavə edək ki, "Everton" - "Mançester Siti" oyunu sabah keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI