Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ETSN rəsmisi Sumqayıt məişət tullantıları poliqonundakı çatışmazlıqlardan DANIŞDI

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sumqayıt məişət tullantıları poliqonu dəfələrlə cərimələnib. Hazırda orada yeni məişət tullantıları poliqonunun tikilib istifadəyə verilməsi istiqamətində işlər gedir”. 

Press.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, Sumqayıt məişət tullantıları poliqonunda kifayət qədər çatışmazlıq mövcuddur:

“Həmin əraziyə cavabdeh şəxsləri cərimələmək və məcburi göstəriş vermək məcburiyyətində qalırıq”.

“Sumqayıt mühüm istehsalat şəhəridir. İnanırıq ki, tezliklə problemlər aradan qaldırılacaq”, - deyə o qeyd edib.

Oxşar xəbərlər
OTACI