Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Salyanda xınayaxdı mərasimi keçirənlər cərimələndi

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Salyan RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə xınayaxdı mərasimi təşkil edildiyi müəyyən edilib.

Polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.

Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

Oxşar xəbərlər
OTACI