Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Səfir: “Belarus Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib”

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Belarus Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü həmişə bütün məsələlərdə və ardıcıl olaraq dəstəkləyib. Biz atəşkəs barədə bəyanat imzalanması və Azərbaycanın əzəli torpaqlarını öz tərkibinə qaytarması xəbərini böyük ruh yüksəkliyi ilə qarşıladıq.

Press.az xəbər verir ki, bu fikirləri Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Prezident İlham Əliyev tərəfindən fevralın 16-da etimadnaməsi qəbul edilərkən deyib.

“Hörmətli cənab Prezident, Siz tamamilə düzgün olaraq dediniz ki, dövlət rəhbərləri arasında dostluq və yüksək səviyyədə əlaqələr bu inkişafın, qarşılıqlı münasibətlərin möhkəmlənməsinin rəhnidir. Belarus da bunda maraqlıdır, - o bildirib.

Oxşar xəbərlər
OTACI