Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazisinə keçir

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

Press.az-ın məlumatına görə, iclasda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

Müzakirələrdən sonra sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, qanun layihələrinə əsasən Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.

Oxşar xəbərlər
OTACI