Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Space” TV-nin yeni rəhbəri Mətanət Əliverdiyevanın verilişini dayandırıb? - AÇIQLAMA

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyevin tanınmış aparıcı Mətanət Əliverdiyevanın “Hər səhər Mətanətlə” verilişinin yayımını dayandırması ilə bağlı xəbər yayılıb.

Kanalın “Müəllif Layihələr” və “Hər Səhər” proqramları departamentinin rəhbəri Könül Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, xəbər həqiqəti əks etdirmir:

“Verilişin yayımlanmamasına səbəb Mətanət Əliverdiyevanın Türkiyəyə səfəri ilə bağlıdır. Orada M. Əliverdiyeva kanal üçün çəkilişlər edir”.

O, həmçinin qeyd edib ki, aparıcının rol aldığı “Qız atası” serialının bir qismi də Türkiyədə çəkilir.

Könül Əlizadə “Hər səhər Mətanətlə” verilişi 8 mart tarixindən yeni dekorasiya ilə efirə qayıdacağını da vurğulayıb.

Qeyd edək ki, bununla bağlı məlumat yayan Unikal.org saytı M. Əliverdiyevanın proqramının dayandırıldığını yazmışdı.

Oxşar xəbərlər
OTACI