Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"YAŞAT” Fondu iki qazi və bir şəhid anasının əməliyyat xərclərini qarşılayıb - FOTO

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Fonddan Press.az-a verilən məlumata görə, qazilərimiz Rahim Bəhrəmlinin və Nadir Məmmədovun, şəhidimiz Şəhriyar Əsgərovun anası Minayə Əsgərovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Oxşar xəbərlər
OTACI