Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Afrindən Türkiyəyə 4 raket atılıb, yaralananlar var - FOTO

16 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün axşam saatlarında Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.

Press.az APA-ya istinadən xəbər verir ki, mərmilər Əkrəm Çətin ve Barış məhəllələrindəki dörd evə düşüb.

Hadisə nəticəsində yaralanan 7 nəfər Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Oxşar xəbərlər
OTACI