Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu dərmanlar koronavirusu sağaltmağa QADİR DEYİL

15 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hidroksixlorokin dərmanının COVID-19 xəstəliyinə qarşı təsirsiz olduğu üzə çıxarıb.

Press.az "sputnik"ə istinadla xəbər verir ki, bu qənaətə Çin, Braziliya, İspaniya, Tayvan, Böyük Britaniya, Şimali Amerika, Misir və İrandan olan bir qrup alim apardığı tədqiqat nəticəsində gəlib.

Onlar qeyd ediblər ki, öz xüsusiyyətlərinə görə hidroksixlorokin xəstəliyin müalicəsinə və koronavirus infeksiyasından ölüm dərəcəsinə təsir edə bilməz.

Hidroksiklorokin və xlorokin üzərində ümumilikdə 14 tədqiqat aparılıb və onun COVID-19-dan müalicə edib-etmədiyi dəqiqləşdirilib.

Sözügedən tədqiqatların bəzilərini dərmanı istehsalı ilə məşğul olan əczaçılıq şirkətləri maliyyələşdirib.

Analizlər SARS-CoV-2 koronavirus infeksiyasının müalicəsində hidroksixlorokin və xlorokinin istifadəsinin əsassız olduğunu üzə çıxarıb.

"Bu dərmanları qəbul edən xəstələr özlərini daha yaxşı hiss etmirlər və yaxud da onlar tənəffüs cihazına bağlanması lazım gələn xəstələrin sayını azaltmağa qadir deyillər", - deyə tədqiqatçılar bildirib.

Oxşar xəbərlər
OTACI