logo
First slide

ÜST "AstraZeneca" vaksininin iki variantını təcili istifadə üçün tövsiyə edib

15 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "AstraZeneca" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin iki variantını təcili istifadə üçün tövsiyə olunan vaksinlər siyahısına əlavə edib.

Press.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-dən bildiriblər.

Bildirilir ki, söhbət "AstraZeneca" şirkətinin Cənubi Koreyada "AstraZeneca-SKBio" müəssisəsində və Hindistanın Serum İnstitutunda istehsal etdiyi variantlardan gedir.

Məlumata əsasən, bu qərar vaksinin sözügedən variantlarının COVAX mexanizmi çərçivəsində qlobal miqyasda istifadəsinə imkan verir.

Oxşar xəbərlər
OTACI
OTACI