Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu tarixə qədər bütün ölkələrdə vaksinasiyanın başlaması planlaşdırılır

15 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu il ÜST üçün əsas məsələ səhiyyə sahəsində bərabərsizliyin aradan qaldırılmasıdır”.

Press.az APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, bu il aprelin 7-nə qədər bütün ölkələrdə COVID-19-a qarşı vaksinasiyaya başlanılması məqsədi qarşıya qoyulub: “Bütün ölkələri COVAX çərçivəsində müqavilələrinə sadiq qalmağa dəvət edirik. Bəzi ölkələr ikitərəfli sazişlər imzalayır, bəziləri isə bunu etmir. 190 gün ərzində səhiyyə işçilərinin vaksinasiyasının həyata keçirilməsini dəstəkləyirik. Virusun yeni ştamlarının yaranması vaksinləri daha az təsirli edəcək. Buna görə vaksinasiyanı daha sürətli həyata keçirməliyik. İstehsalən miqyası artırılmalıdır”.

Oxşar xəbərlər
OTACI