Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda yol polisindən qaçan "BMW" sürücüsü təhlükə saçdı - VİDEO

15 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda qaydaları kobud şəkildə pozan sürücü yol polisinin saxla əmrinə tabe olmayıb.

Press.az xəbər verir ki, bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirilir ki, Nizami rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Vüsal Rzaqulu oğlu idarə etdiyi 10 OL 004 dövlət nömrə nişanlı,  "BMW " markalı avtomobil ilə qaydaları pozur. YPX əməkdaşlarının "saxla" işarəsinə tabe olmayan sürücü qəza işıqlarını yandıraraq yüksək sürətlə hərəkət edir. Yoı boyu müxtəlif ziqzaqvari hərəkətlər edən sürücü ətrafdakı nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradır.  

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qara Abdullayev və şöbənin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sürücü saxlanılıb. 

Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. 

Nəsimi rayon məhkəməsi sürücünü İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilib. Himayəsində azyaşlı övladlarının olması nəzərə alınaraq barəsində 750 manat məbləğində cərimə və 1 il sürücülük hüququndan məhrumetmə cəzası tətbiq olunub.

 

Oxşar xəbərlər
OTACI