Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil Nazirliyi vətəndaşları video formatda qəbul edəcək

15 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil Nazirliyi bu gündən etibarən vətəndaş qəbulu prosesini videoqəbul formatında həyata keçirəcək.

Nazirlikdən Press.az-a verilən məlumata görə, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir.

Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə qəbula yazıla bilərlər. Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” qanuna uyğun olaraq baxılacaq.

Qeyd edək ki, qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə edə bilərsiniz.

Oxşar xəbərlər
OTACI