Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ənənəvi tədrisin bərpası ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdirindən açıqlama - VİDEO

15 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gündən Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslər bərpa olunub.

Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla dərslər ənənəvi formada bərpa edilib.

Bununla bağlı Baku TV-yə açıqlama verən Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, Bakı şəhərində 199 mindən artıq şagird V-IX sinifdə təhsil alır:

“Bu siniflər üçün 25 mindən artıq müəllim dərs deyir. Bu o deməkdir ki, ibtidai siniflərlə birlikdə təxminən 410 mindən çox şagird mərhələli şəkildə tədrisə cəlb olunub. Karantin rejminə uyğun olaraq məktəblərdə tədris prosesi təşkil olunub. Bütün qaydalara əməl olunub”.

Oxşar xəbərlər
OTACI