Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil nazirindən müəllimlərin işə qəbulu ilə bağlı AÇIQLAMA

15 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanının keçirilməsi həm faydalı, həm də ziyanlıdır”.

Press.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real Tv”-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, MİQ-nin tətbiqi özlüyündə bir neçə problemi həll edib: “Misal olaraq bu sahədə korrupsiyanı aradan qaldırır, şəffaflıq yaradır və rəqabətliliyi artırır. Ziyanına gəlincə, müəllim olmaq istəyən namizədlərə fərdi yanaşa bilmirik. Yəni, müəllimi öz kəndinin məktəbinə göndərə bilmirik. Ümumilikdə isə MİQ bu gün üçün faydalıdır. Ona görə də bu gün MİQ həyatdadır. Düşünürəm ki, nə vaxtsa bunun zərəri faydasından çox olacaq təbii şəkildə bu alət sıradan çıxacaq. Çünki onu saxlamaq mümkün olmayacaq”.

Oxşar xəbərlər
OTACI