Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Karantini pozan 3 obyekt aşkarlandı, 6 nəfər cərimələndi

15 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin rejimi qaydalarının pozulduğu çay və kofe xidmətlərinin göstərilən “Coffee shop” iaşə obyekti və 2 oyun salonu aşkar edilib.

Həmin obyektlərlə bağlı 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar

Oxşar xəbərlər
OTACI