Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Universitet və kolleclərdə ənənəvi təhsilə başlanılır

15 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi formada bərpa olunur. 

Bu barədə Press.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa edilir. 

Qərar magistratura səviyyəsində təhsil alanlara da şamil olunur.

Oxşar xəbərlər
OTACI