logo
First slide

Dövlət başçısı: “Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına start verildi”

14 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağaclarını əkdik. Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır və 100 hektardan çox sahədə unikal çinar ağacları orada dövlət tərəfindən qorunurdu. Bu, unikal çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Erməni vandalizminin növbəti əlaməti idi və bu gün Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına start verildi”.

Press.az xəbər verir ki, bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Biz bu qoruğu bərpa edəcəyik və əlbəttə ki, orada kəsilmiş ağacların yaşı hardasa 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik.

Eyni zamanda Bəsitçaya da balıqları buraxdıq. Bəsitçay çox gözəl çaydır. Ümumiyyətlə bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın sularını da kəsmişdir və bir neçə rayonumuzda yüz mindən çox hektar torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilirdi”, - deyə dövlət başçısı bildirib.

Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Oxşar xəbərlər
OTACI
OTACI