Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa yoluxanların yuxusu niyə ərşə çəkilir? - Tövsiyələr

14 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusun ən böyük zərbələrindən biri də yuxu rejiminin pozulması, yuxunun qeybə çəkilməsidir.

Demək olar, 90% koronavirus xəstələri sağalandan sonra da aylarla yuxusuzluqdan əziyyət çəkir.

Press.az xəbər verir ki, Azərbaycanda da nevroloqlara ən çox bu şikayətlə müraciət edirlər.

Xəstələr səhərə qədər yatmır, hətta gündüz də yuxuları gəlmir, bəziləri artıq xroniki yuxusuzluq - yəni 1-2 sutka yatmamaqdan əziyyət çəkir, standart sakitləşdirici və dərmanlar kömək etmir.

Rusiyalı nevroloqlar bildirir ki, son 20 ildə yuxusuzluq şikayəti ilə gələn bu qədər xəstə görməmişdilər.

"Hər 10 xəstədən 5-də bu problem var. Və bu 5 xəstənin 3-ü mütləq koronavirus keçirmiş olub"

Səbəblər nədir:

Koronavirusun sinir və qan damar sisteminə, beyinə təsiri, xəstəlik zamanı hərarətin dəyişməsi və beynin toxumalarının müəyyən qədər yüklənməsi, termorequlyasiyanın pozulması, stress, qorxu və təşviş.

Koronavirus xəstələrində reaktiv insomniya - yəni infeksion xəstəlikdən sonra insomniya baş verir. Yəni xəstə həftədə 3 gün normal yata bilmir.

Vaxtında müalicə olunmadıqda bu xroniki hala keçir

Nə etməli?

İlk növbədə nevroloqa müraciət edib, xüsusi resepturalı dərmanlar və melotonin tərkibli preparatlar yazılır.

1. Çay və qəhvə ancaq səhər içilə bilər. Saat 17:00-dan sonra içməyin. Axşama yalnız su, süd, çobanyastığı çayı içə bilərsiz

2. Yağlı qidaları azaldın

Bu beyni daha da yorur

3. Özünüzü güclə yatmağa məcbur etməyin. Əgər yerinizə uzanıb, yenə yuxum yoxdur, necə edim ki, yatım desəniz yuxu daha da qaçacaq.

4. Yatmazdan əvvəl yarım saat gəzin

5. Gündüzlər yatmayın

Yuxunu mütləq rejimə salın.

6. Yataq otağı tam qaranlıq və sərin olmalıdır. /medicina.az

Oxşar xəbərlər
OTACI