Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Britaniya iqtisadiyyatı 9,9 faiz azalıb

14 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniya iqtisadiyyatı 2020-ci ildə 9,9 faiz azalıb.

Press.az AZƏRTAC-a istinadən bildirir ki, Milli Statistika İdarəsi rekord azalmanın ölkə tarixindəki ən böyük iqtisadi kiçilmənin iki qatından çox olduğunu açıqlayıb.

Koronavirus epidemiyasına görə tətbiq olunan məhdudiyyətlərin ümumi daxili məhsulu azaltması ilə ölkə iqtisadiyyatında ötən il geriləmə müşahidə olunub.

Mütəxəssislər bunun 1709-cu ildən sonra ən böyük kiçilmə olduğunu söyləyiblər.

9,9 azalma nisbəti iqtisadiyyatın xidmət sektorundan asılılığı ilə izah olunur. Karantin tədbirləri zamanı xidmət sektoru ciddi şəkildə pozulub.

Maliyyə naziri Rişi Sunak bildirib ki, bugünkü rəqəmlər iqtisadiyyatın bütün dünyanı əhatə edən pandemiya ilə ağır zərbə aldığını göstərir.

Oxşar xəbərlər
OTACI