Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göygöldə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

14 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə rayonun mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb. Kiçik tutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza nəticəsində 55 yaşlı Cahid Mirzəyev, 36 yaşlı Tofiq Həsənov və 35 yaşlı Mehman Bayramov müxtəlif xəsarətlər alıblar.

Yaralılara əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Onlardan ikisinin vəziyyəti normal, C.Mirzəyevin aldığı xəsarət isə ciddi qiymətləndirilib.

Yaralılar öz istəkləri ilə şəxsi avtomobillə Gəncə şəhərində olan xəstəxanaların birinə gediblər.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI