Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ADPU-dan özünə sui-qəsd edən gənclə bağlı AÇIQLAMA

14 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verildiyi kimi, Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov özünə sui-qəsd edib. Gəncin hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.

Hadisə ilə bağlı KİV-də yayılan məlumatlarda onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi və filialın TGT sədri olması qeyd edilib.

Məsələ ilə bağlı Report-a açıqlama verən ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun əməkdaşı Cavid Hüseynov qeyd edib ki, yayılan məlumatlar əsassızdır və gənc ADPU-nun Ağcabədi filialının yox, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi və həmin kollecin TGT sədri olub:

"Əlavə olaraq bildirək ki, hazırda ADPU-nun Ağcabədi filialının TGT sədri postu sabiq sədr Eltac Fərzəliyev 2020-ci ilin iyulunda təhsilini bitirərək həqiqi hərbi xidmətə yollanandan sonra hələ ki, boşdur".

Oxşar xəbərlər
OTACI