Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdə suyun səviyyəsi sürətlə azalır - FOTO

14 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kür çayında suyun səviyyəsi xeyli azalıb.

Son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Bu, daha çox Kürün Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Belə ki, son bir neçə gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 1,7 metr aşağı düşüb. Nəticədə Kürün müxtəlif yerlərində adacıqlar əmələ gəlib.

Bununla yanaşı, sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində çətinliklər yaranıb.

Mütəxəssislər hesab edir ki, çayda enmələr bu templə davam etsə, yaz və yay aylarında əkin sahələrinin suvarılmasında yenidən çətinliklər yarana bilər.

Qeyd edək ki, bir ay əvvəl Kürdə suyun səviyyəsi 3,6 metr qalxmışdı.

Report

Oxşar xəbərlər
OTACI