Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Real" - Ramos münasibəti: gərginlik azalır

14 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Real"ın kapitanı Serxio Ramosun Madrid təmsilçisindəki gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Press.az ABC-yə istinadən xəbər verir ki, klubun prezidenti Florentino Perez 34 yaşlı müdafiəçi ilə bu həftə bir neçə dəfə danışıqlar aparıb. Bu, tərəflər arasındakı gərginliyin azalmasına kömək edib. Həmçinin söhbət əsnasında son qərarı vermək üçün tarix də təyin olunub.

Eləcə də Perez ispaniyalı oyunçunun əməliyyatdan sonrakı durumu ilə maraqlanıb. Bundan əlavə, Ramosun yaşıl meydanlara daha tez qayıtmaq üçün təkbaşına məşq etdiyi məlum olub.

Xəbərdə  "kral klubu" ilə futbolçu arasında hələ də yeni müqavilə imzalanmasının mümkün olduğu, danışıqlarda heç bir vasitəçinin iştirak etmədiyi və məsələnin Ramos və Perez arasında həll edildiyi bildirilib. Eyni zamanda oyunçunun karyerasını"Real"da davam etdirməyə müsbət yanaşdığı da qeyd olunub. Klub isə  hazırkı maaşının 10 faizini azaltmaqla 2 illik müqavilə təklif edir.

Qeyd edək ki, Ramos bu mövsüm 14 matça çıxıb və 2 qol vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI