Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Neftçi" liderliyə yüksəldi

13 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.

Press.az xəbər verir ki, ilk oyun günü iki matç keçirilib. "Sumqayıt" doğma meydanda "Səbail"lə qarşılaşıb. "Gənclik şəhəri" təmsilçisi rəqibinə 3 cavabsız qolla qalib gəlib.

Günün ikinci oyunu maraqla gözlənilirdi. Belə ki, turun mərkəzi qarşılaşmasında- Azərbaycan derbisində "Qarabağ" "Neftçi"ni qəbul edib.  2:1 hesabı ilə qalib gələn "Neftçi" Ağdam təmsilçisini geridə qoyaraq liderliyə yüksəlib.

13 fevral (şənbə)

18:30. “Qarabağ” – “Neftçi” - 1:2
Qollar: 
Namiq Ələsgərov, 28 (0:1), Mahir Emreli, 58 (1:1), Namiq Ələsgərov, 75-pen (1:2)
Qırmızı vərəqələr: Ömər Buludov, 22 ("Neftçi"), Kevin Medina, 72 ("Qarabağ"), Mamadu Kane, 74-iki sarı vərəqə ("Neftçi"), Voyislav Stankoviç, 90+3-iki sarı vərəqə ("Neftçi")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu.

16:00. “Sumqayıt” – “Səbail” - 3:0
Qol:
 Murad Xaçayev, 25, Tellur Mütəllimov, 33, Əli Qurbani, 83-pen.
Qırmızı vərəqə: Peyman Keşavarzi, 55 ("Səbail"- ikinci sarı vərəqə), Kamran Ağayev, 90+5
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
Kapital Bank Arena

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI