Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rəcəbov yarımfinaldakı oyunundan narazıdır

13 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şahmatçımız Teymur Rəcəbov Çempionlar Turunun yarımfinalında ABŞ təmsilçisi Uesli So ilə keçirdiyi görüşdəki oyunundan narazıdır.

Press.az xəbər verir ki, bu barədə 34 yaşlı qrossmeyster öz Tvitter hesabında paylaşım edib.

"Finalda Uesli So və Maqnus Karlsenə uğurlar arzu edirəm. Mən isə Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda oynayacağam. Çempionlar Turunda oynadığım üçün xoşbəxtəm. Amma yarımfinalda çox da yaxşı təsir bağışlamadım. Uesli isə öz oyunu ilə heyran etdi. Dəstəyinizə görə təşəkkür edirəm".

Qeyd edək ki, yarımfinalda uduzan Teymur Rəcəbov bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlər keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI