logo
First slide

Sabirabad sakinlərinin şikayətinə “Azərsu”dan rəsmi CAVAB

13 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabirabad şəhərinin Muğan prospektində yaşayan sakinlər üç ildir ki, su təchizatı ilə bağlı problemlər yaşayır.

Rayon sakinləri üç il ərzində davam edən problemlərlə əlaqədar ötən ildən su təminatının tamamilə dayandırıldığını deyirlər.

Sakinlərdən birinin sözlərinə görə, ərazini su ilə təmin edən boru xətləri isə özünü “Azərsu” əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən bir il bundan əvvəl kəsilərək aparılıb. Rayon sakini bu günə qədər əraziyə baxış keçirilmədiyini və su təchizatı ilə bağlı yaranan problemin həll olunmadığını, ərazidəki bütün fərdi yaşayış evlərinin tamamilə susuz qaldığını bildirib. O, suyu maşınlar vasitəsilə pulla aldıqlarını deyib.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, artıq müvafiq müraciətlə bağlı Regional Sukanal İdarəsi şikayətçi vətəndaşla əlaqə saxlayıb:

“Həmin ərazidə mərkəzləşdirilmiş su xətləri olmayan 25-ə yaxın ev var. Əraziyə 8-9 metr məsafədən yeni xəttin çəkilməsinə ehtiyac var. Bununla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti layihə işləyib hazırlayıb. Onların su xətləri tamamilə sıradan çıxıb. “Azərsu” həmin vətəndaşların içməli su təchizatının təmin edilməsi ilə bağlı əraziyə su maşınları göndərib. Əraziyə yeni su xəttinin çəkilməsi ilə bağlı müraciət olunacaq”.

Anar Cəbrayıllı su xətlərinin hansı qurum tərəfindən kəsilib çıxarıldığı məsələsindən danışarkən bildirib ki, həmin borular “Azərsu”nun balansında olmayıb.

Oxşar xəbərlər
OTACI
OTACI