Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 4 kq-a yaxın heroin satmaq istəyən şəxs saxlanıldı

13 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri keçirib.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Tural Məcidov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 3 kq 835 qram olan narkotik vasitə heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən olunub ki, T.Məcidov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.

T.Məcidov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. T.Məcidov tutularaq istintaqa cəlb olunur, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI