Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İmişli sakini mağazanın tavanını söküb seyfdən 13 min manat pul oğurlayıb

13 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İmişli Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən mağazaların birindəki seyfdən 12 800 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq, İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb.

H.Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12 800 manat məbləğində pulu oğurladığını etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI